Prezidenti devirən lider edam ediləcək

Prezidenti devirən lider edam ediləcək
  11 Aprel 2015    Oxunub:2165
Misirdə “Müsəlman qardaşları” Təşkilatının (İhvan) lideri Məhəmməd Bedi və 13 İhvan üzvünə edam hökmü oxunub.
Qahirə Cəza Məhkəməsində mühakimə olunan Məhəmməd Bedi və 50 İhvan üzvünün 13-nün edamına, 37 nəfərin isə ömürlük həbsinə qərar verilib.

Qeyd edək ki, məhkəmə Bedi barəsində edam qərarını martda vermiş və hökmün aprelin 11-də açıqlanacağını bildirmişdi. Onlar 2013-cü ilin iyununda Misir prezidenti Məhəmməd Mursi devriləndən sonra `Müsəlman Qardaşları` təşkilatı tərəfdarlarını təcavüzə sövq etməkdə təqsirli bilinirlər.

AzVision.az


Teqlər:





Xəbər lenti