Azərbaycanda rubl niyə bahalaşır? - Ekspert

Azərbaycanda rubl niyə bahalaşır? - Ekspert
  10 Aprel 2015    Oxunub:3486
`Son günlər rublun qiymətində kəskin artım müşahidə olunur. Buna səbəb ölkədə dollarlaşmanın qarşısını almaqdır`
Bunu AzVision.az-a açıqlamasında iqtisadçı ekspert Vüqar Bayramov bildirib. Onun sözlərinə görə, rublun məzənnəsinin güclənməsi birmənalı şəkildə Mərkəzi Bank tərəfindən həyata keçirilən addımlardır.

Onun sözlərinə görə, sanksiyalardan sonra Rusiya iqtisadiyyatının kəskin çökəcəyi ilə bağlı proqnozlar hələ ki, özünü doğrultmayıb: “Rusiya bir sıra sektorlarda artımı qoruyub saxlaya bildi ki, bu da həm psixoloji baxımdan, həm də iqtisadi baxımdan rublun məzənnəsinə təsir göstərdi. Eyni zamanda Mərkəzi Bank intervensiyanı davam etdirir. Rublun məzənnəsinin müqayisəli yumşalması artıq vətəndaşların dollara olan tələbatını azaldır və vətəndaşlar artıq pullarını dollar çevirmirlər.

Burada əsas məqsəd dollarlaşmanın qarşısını almaqdır. Yaxın vaxtlarda Mərkəzi Bank çalışacaq ki, növbəti dövrdə də rublun məzənnəsinin stabilliyini qoruyub saxlaya bilsin”.

Anar Kəlbiyev


Teqlər:  





Xəbər lenti