`Neftin qiymətinin aşağı düşməsi Azərbaycana təsir etməyib`

`Neftin qiymətinin aşağı düşməsi Azərbaycana təsir etməyib`
  09 Aprel 2015    Oxunub:1806
Neftin qiymətinin aşağı düşməsi Azərbaycana təsir etməyib.
Bunu Azərbaycanın energetika naziri Natiq Əliyev bildirib.

Onun sözlərinə görə, hazırda iqtisadi baxımdan neftin qiymətindən qaynaqlanan bir çətinlik yaşanmır. Nazir bunu neft hasilatı xərclərinin aşağı olması ilə izah edib: “Biz böhran hiss etmirik. Çünki, Azərbaycan neftinin hasilat xərcləri ucuz başa gəlir. Amma ümumilikdə bizim gəlirlərimiz azalıb. Bir ildə neft satışından təxminən 20 mlrd. dollar əldə edirdik. Qiymət aşağı düşəndən sonra illik gəlirlərimiz 5-6 mlrd. dollar azalıb”, - deyə nazir vurğulayıb.

N. Əliyev əlavə edib ki, qısa müddət ərzində neftin qiymətinin artması gözlənilmir. Nazir hesab edir ki, İran və Qərb arasında münasibətlər kimi siyasi məsələlər də neftin qiymətinə zamanla təsir göstərəcək.

Trans-Anadolu Təbii Qaz Boru Xəttinin (TANAP) “Türk axını” xəttinə rəqib olması məsələsinə gəlincə, energetika naziri deyib ki, Avropaya nəql ediləcək Azərbaycan qazının həcmi o qədər də böyük deyil: “10 mlrd. kubmetr qazı Avropaya nəql etmək, Rusiyanın Avropaya satdığı qaza miqdar və qiymət baxımından təsir göstərməyəcək. TANAP Rusiya qazına rəqib bir boru xətti deyil. TANAP yalnız bir vasitədir. Biz burada heç bir rəqabət mühiti görmürük". (APA)


Teqlər:





Xəbər lenti