“Manatın qiyməti neftdən asılı olacaq” - Deputat
“Şok devalvasiyadan sonra keçən bir ay yarımdan sonra 1 milyard dollar civarında pul sərf olunub. Bu da açıq formada göstərir ki, bu cür siyasətlə manatın məzənnəsini 1 dolları 1.05 manat səviyyəsində saxlamaq mümkün olmayacaq. Yumşaq devalvasiya gedəcək. Yumşaq devalvasiya da artıq özünü məzənnədə göstərməyə başlayıb. Son günlər müşahidə olan məzənnə özündə yumşaq devalvasiya faktorlarını göstərir”.
Ə.Məsimli həmçinin bildirib ki, manatın bundan sonrakı vəziyyəti neftin qiymətində asılı olacaq: “Neftin qiyməti indiki səviyyədə qalacaqsa, manatın məzənnəsində elə ciddi bir dəyişiklik olmayacaq. Bir neçə qəpik fərq olacaq. İndi vəziyyət elədir ki, dəqiq proqnoz vermək də çətindir. İlin sonuna kimi dəqiqliyilə əməl olunan proqnoz vermək mümkün deyil. Belə bir vəziyyət gözlənilmir, amma neftin qiyməti 40 dollara düşərsə, manatın məzənnəsində ciddi dəyişiklik ola bilər”.
Ölkəmizdə 4 bankın bağlanacağı proqnozu haqqında danışan deputat qeyd edib ki, onlara güzəşt olunması təbii haldır: “Dörd bankın bağlanacağı deyilirdi. Hesab edirəm ki, onlara güzəşt edilməsi təbii haldır. Belə çətin vəziyyətdə onları kəsib atmaq düzgün deyil. Mərkəzi Bankın da həmin dörd bankla bağlı siyasətini düzgün hesab edirəm ki, həmin bankları bağlamadı”.
Anar Kəlbiyev