Mübariz Qurbanlı müşavirlə sağollaşdı
Dövlət Komitəsinin sədri M.Qurbanlı Türkiyəyə rəsmi səfərindən, keçirdiyi görüşlərdən danışaraq, iki ölkə arasında bütün sahələrdə olduğu kimi, din sahəsində də əlaqələrin yüksək səviyyəsindən məmnunluğunu bildirib. O, qeyd edib ki, bu əlaqələrin qurulmasında Türkiyənin ölkəmizdəki səfirliyinin, o cümlədən Dini işlər üzrə müşavirliyin böyük xidmətləri var.
Dövlət Komitəsinin sədri ölkələrimiz arasında ikitərəfli əlaqələrin müxtəlif istiqamətlərdə, xüsusən din sahəsində daha da genişləndirilməsi işinə verdiyi töhfəni yüksək qiymətləndirərək müşavirə gələcək fəaliyyətində uğurlar arzulayıb.
Görüşdə Türkiyə səfirliyinin din işləri üzrə yeni təyin olunmuş müşaviri professor Kamil Günəş də iştirak edib. M.Qurbanlı müşavirə yeni işində uğurlar arzulayıb və bildirib ki, Dövlət Komitəsi bundan sonra da Türkiyə səfirliyinin Dini işlər üzrə müşavirliyi ilə əməkdaşlığı yüksək səviyyədə davam etdirəcək.
Teqlər: