SOCAR-ın büdcəyə ödənişləri azalıb

SOCAR-ın büdcəyə ödənişləri azalıb
  08 Aprel 2015    Oxunub:1563
Dövlət Neft Şirkəti tərəfindən bu ilin martında dövlət büdcəsinə 113 milyon 714 min manat vəsait ödənilib.
SOCAR-dan AzVision.az-a verilən məlumata görə, ümumiyyətlə, 2015-ci ilin yanvar-mart aylarında büdcəyə 340 milyon 443 min manat vəsait ödənilib. Bu isə ötən ilin müvafiq dövrü ilə müqayisədə azdır.

Bundan əlavə, cari ilin mart ayında SOCAR Dövlət Sosial Müdafiə Fonduna 11 milyon 229 min manat vəsait köçürüb. Cari ilin yanvar-mart aylarında Şirkət tərəfindən Dövlət Sosial Müdafiə Fonduna ödəniş 34 milyon 686 min manat təşkil edib.


Teqlər:





Xəbər lenti