Baş nazir 3-cü dəfə ata oldu

Baş nazir 3-cü dəfə ata oldu
  08 Aprel 2015    Oxunub:3002
Gürcüstanın baş naziri İraklı Qaribaşvili üçüncü dəfə ata olub.
AzVision.az xəbər verir ki, bu barədə Gürcüstan KİV-i məlumat yayıb.

Bildirilib ki, cütlüyün oğul övladı ötən gecə dünyaya gəlib. Onlar körpənin adını Qabriel qoyublar.

Qeyd edək ki, baş nazirin daha 2 oğlu var – 8 yaşlı Nikolaz və 4 yaşlı Andria.

Sevinc İltifatqızı
AzVision.az



Teqlər:  





Xəbər lenti