Nar Mobile `WhatsApp`-ın loqosunu oğurlayıb? - ŞƏKİL

Nar Mobile `WhatsApp`-ın loqosunu oğurlayıb? - ŞƏKİL
  08 Aprel 2015    Oxunub:19239
2 gün əvvəl `Nar Mobile` brendi kimi tanınan “Azerfon” MMC yeni loqotipini təqdim etdi. Şirkət bundan sonra özünü `Azərbaycanın ən sürətlə inkişaf edən mobil operatoru` kimi təqdim edəcək.

Şirkətin yeni loqosu Böyün Britaniyanın “Landor” dizayn agentliyi tərəfindən hazırlanıb. Loqonun görünüşü nar formasında və rəngində olması ilə izah edilir.

Amma diqqəti bir məqam çəkir ki, bu da `Nar Mobile`-ın yeni loqosunun şübhəli dərəcədə məşhur `WhatsApp` ünsiyyət platformasının loqosuna oxşamasıdır. Yəni istisna deyil ki, şirkət və onun əməkdaşlıq etdiyi dizayn agentliyi sadəcə, hamının tanıdığı loqonun yaratdığı psixoloji effektdən istifadə etməyə çalışıbar.

Tariyel
AzVision.az



Teqlər:





Xəbər lenti