Mərkəzi Bankdan dollar panikası haqda AÇIQLAMA

Mərkəzi Bankdan dollar panikası haqda AÇIQLAMA
  08 Aprel 2015    Oxunub:3468
Dolların kəskin bahalaşacağı ilə bağlı deyilənlər şayiədir.
AzVision.az xəbər verir ki, bunu anspress-ə açıqlamasında Mərkəzi Bankın mətbuat xidmətinin rəhbəri Namiq Əliyev bildirdi.

Onun sözlərinə görə, dolların məzənnəsi Mərkəzi Bankın saytında göstərilib: "Sabah kəskin bahalaşma barədə deyilənlər əsassızdır. Heç bir panikaya ehtiyac yoxdur".

Qeyd edək ki, dolların növbəti dəfə kəskin bahalaşacağı ilə bağlı xəbərlər yayılıb. Bu səbəbdən də Bakıda valyutadəyişmə məntəqələrinin əksəriyyəti bağlanıb.

Valyutadəyişmə məntəqəsində çalışanlar sabah dolların 10 qəpik bahalaşacağın bildiriblər.


Teqlər:





Xəbər lenti