“Azərbaycanın yetərincə düşməni var” – “İRƏLİ”dən Milli Şuraya

“Azərbaycanın yetərincə düşməni var” – “İRƏLİ”dən Milli Şuraya
  06 Aprel 2015    Oxunub:2961
Aprelin 5-də Bakının Yasamal rayonu ərazisində yerləşən "Məhsul" stadionunda Milli Şuranın Bakı meriyası ilə razılaşdırılmış mitinqi keçirib. Mitinqə əsas səbəb olaraq, manatın məzənnəsinin kəskin endirilməsi və qiymət artımı göstərilir.
AzVision.az xəbər verir ki, “İRƏLİ” İctimai Birliyinin sədri MirHəsən Seyidov mitinq haqda fikirlərini bölüşüb:

“Məlumata görə, etirazda müxtəlif partiya və təşkilat nümayəndələri iştirak edib. Lakin bu partiya və təşkilatların hər birinin müxalifət yönlü olduğu gözdən qaçmırdı. Qəribə bir məqamsa mitinqi keçirdənlərin “xalqın istəyi ilə keçiririk” şüarını səsləndirməsidir. Hansı xalqın? 500-600 nəfərlik xalq hansı kitabda göstərilib? Daha bir “maraqlı” məqam isə ingilis dilli sloqanlar idi. Həqiqətən görəsən bu kimi gənclər əllərində mənasına varmadığı, həvəssiz olaraq tutunduğu bu sloqanların fərqinə varırmı?! Varmır.. İnan ki varmır. Üzlər əllərdəki ifadələri tamamlamırdı. Bu gün biz Avropa oyunlarına hazırlaşırıq. Və nəzərə alsaq ki, bu bizim üçün, xalqımız üçün olduqca böyük bir hadisədir, mitinqlərdə bu cür şüarlar səsləndirib Azərbaycanın reputasiyasına kölgə salmağın heç bir mənası yoxdur. Bizim yetərincə düşmənimiz var. Biz inkişaf etmiş və dünya arenasında sözümüzü deyə biləcək bir dövlətik. Müxalifətçilərin öz dövlətlərinə qarşı kəskin fikirlər səsləndirmələri gülüncdür. Prosesi dəyişmək mümkündür amma nəticə hamı tərəfindən istəniləndir. Çünki onların kimlərə və hansı hökümətin dairələrinə xidmət etdiyi hər bir şəxsə məlumdur”.

“İRƏLİ” İctimai Birliyinin sədri bildirib ki, qəribə bir məqamsa müxalifətçilərin mitinqdə səsləndirdikləri fikirlərin, ermənilərin yaydığı əsassız məlumatlarla eyni olması idi:

“Əgər biz hamımız Azərbaycan dövlətinin vətəndaşıyıqsa, düşmən adlandırdıqlarımızın fikirlərini hansı məqsədlə təbliğ edə bilərik? Mən razıyam ki, hər kəs eyni düşünə bilməz. Lakin bu o demək deyil ki, kimsə düşmənə xidmət edərək, vətənini sata bilər. Nə olursa olsun ilk növbədə biz Azərbaycanlı olduğumuzu unutmamalı, vətəndaş olaraq, bu Azərbaycan dövlətinin maraqlarına xidmət etməliyik. Düzdür ölkənin göz qabağında olan sürətli inkişafı bir çoxları üçün bizi hədəf göstərir. Və bu çox normal bir haldır. Azərbaycan müstəqilliyini və dayanıqlı hökümətini çox çətin günlərdən bu günlərə gətirib çıxarıb və bizlər hər bir zaman xalqın həqiqi maraqlarına xidmət etməliyik. Şəxsi mənafeyiniz, yer aldığınız kiçik və böyük cəmiyyətlərin maraqları heç bir zaman ümummilli maraqları üstələməsin dostlar!”-deyə o vurğulayıb.


Teqlər:





Xəbər lenti