`Neft 80-90 dollara qalxacaq` - Rövnəq Abdullayevin proqnozu

`Neft 80-90 dollara qalxacaq` - Rövnəq Abdullayevin proqnozu
  04 Aprel 2015    Oxunub:3146
2016-cı ilin dövlət büdcəsində neftin baza qiymətinin 50 dollardan götürülməsi normal haldır.

AzVision.az “APA-Economics”ə istinadən xəbər verir ki, bunu Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövnəq Abdullayev jurnalistlərə bildirib.

"50 dollar götürməklə ehtiyatla yanaşmaq lazımdır. 2016-cı ildə gərək ehtiyatla davranaq. Tendensiyaya nəzər salanda görmək olar ki, neft bir neçə il bahalaşır, bir neçə il ucuzlaşır. Məsələn, son 20 illik diaqramda eyni vəziyyət təkrar olunur", - deyə R. Abdullayev bildirib.

SOCAR prezidentinin proqnozlarına görə, neftin qiyməti "2017-ci ilədək 80-90 dollara qalxacaq".

R.Abdullayev həmçinin bildirib ki, İranın nüvə proqramı ilə bağlı aparılan danışıqların müsbət nəticə verməsi dünya birjalarında neftin qiymətinə təsir etməyəcək.

"Neft elə bir amildir ki, onun qiyməti siyasi amillərdən çox asılıdır. Ona görə ki, onun satışını bazarda bazar və siyasi amillər dəyərləndirir. İqtisadi dəyərləndirilməsi yoxdur. Mən inanmıram ki, İranla “altılıq” arasındakı razılaşma neftin qiymətinə təsir etsin. İran neft istehsalını dayandırmamışdı. Sadəcə onun neftini çətinliklə, dəyər-dəyməzə, ucuz qiymətə alırdılar. İndi isə İran nefti açıq satışa girəcək və inanıram ki, bu, bazardakı qiymətlərə o qədər də təsir etməyəcək. Bu mənim subyektiv fikrimdir", - deyə R. Abdullayev bildirib.


Teqlər:  





Xəbər lenti