ABŞ-dan Afinaya TANAP təzyiqi
AzVision.az Rusiya KİV-nə istinadən xəbər verir ki, bu barədə Yunanıstanın energetika naziri Panayotis Lafazanis Moskvada keçirdiyi mətbuat konfransında bildirib.
Nazirin sözlərinə görə, ABŞ “Türk axını” layihəsinin reallaşdırılmaması üçün Yunanıstana hərtərəfli təzyiqlər göstərir.
Lafazanis bəyan edib ki, energetika məsələlərinin həlli məsələsində ölkə rəhbərliyi milli maraqları əsas götürəcək.
Nazir vurğulayıb ki, Yunanıstan təbii qazın tədarükü məsələsində güzəştlərin edilməsi məqsədilə “Qazprom”la danışıqlara başlayıb. Bonus kimi yunanlar Rusiya neft-qaz şirkətlərinə Krit şelfi yaxınlığında neft yataqlarının işlənməsi üzrə tenderlərdə iştirak etməyi təklif edib.
Qeyd edək ki, TANAP layihəsi üzrə qarşılıqlı anlaşma memorandumu 2014-cü il mayın 26-da Ankarada Türkiyənin energetika və təbii sərvətlər naziri Taner Yıldız və Azərbaycanın sənaye və energetika naziri Natiq Əliyev arasında imzalanıb. TANAP layihəsinin 2018-ci ildə istismara veriləcəyi gözlənilir. Layihənin dəyəri 10-11 milyard həcmində qiymətləndirilir
Eldar Tanrıverdiyev
AzVision.az