Ramil Usubov səfirlə nədən danışıb?

Ramil Usubov səfirlə nədən danışıb?
  19 Mart 2015    Oxunub:1382
Bu gün Azərbaycan Respublikasının daxili işlər naziri, general-polkovnik Ramil Usubov Avstriyanın ölkəmizə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Aksel Vexi qəbul edib.
Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, qonağı salamlayan nazir bu təyinat münasibətilə onu təbrik edib, fəaliyyəti müddətində Azərbaycan-Avstriya münasibətlərinin daha da genişlənəcəyinə ümidvar olduğunu bildirib.

Daxili işlər naziri Vyana şəhər polisindən olan nümayəndələrin Bakıda keçirilmiş “Eurovision” mahnı müsabiqəsi, indi isə I Avropa Oyunları ərəfəsində Azərbaycana səfər etmələrindən, genişmiqyaslı tədbirlər zamanı ictimai təhlükəsizliyin təmini sahəsində öz təcrübələrini bölüşmələrindən məmnunluğunu bildirib.

Səfir Aksel Vex ölkələrimiz arasında iqtisadi, siyasi və digər sahələrdə münasibətlərin günü-gündən inkişaf etdiyini vurğuayan diplomat fəaliyyəti dövründə müvafiq dövlət qurumları, o cümlədən Daxili İşlər nazirlikləri arasındakı əlaqələrin daha da genişlənməsinə öz töhfəsini verəcəyini diqqətə çatdırıb.


Teqlər:





Xəbər lenti