Qiymət artıran mağazalar cərimələndi

Qiymət artıran mağazalar cərimələndi
  17 Mart 2015    Oxunub:1599
Bakıda qiymət artımına görə daha iki market cəzalandırılıb.
İqtisadiyyat və Sənaye Nazirliyindən AzVision.az-a verilən məlumata görə, nazirlik yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən Bakı şəhəri, Xətai rayonu, İ.İsmayılov küçəsi, 28 ünvanında yerləşən "Fərid" Müstəqil Şirkətinə məxsus "Premiummart" marketdə və Binəqədi rayonu, S.S. Axundov küçəsi, 85A ünvanında Sevinc Məhərrəmovaya məxsus "Unimart" marketdə yoxlama aparılıb.

Yoxlama zamanı nəzarət kassa aparatının yaddaşındakı qiymətlərlə malların yarlığında göstərilən qiymətlər arasında fərq yaradılmaqla, istehlakçıların qiymətdə aldadıldığı aşkar edilib.

Əsassız qiymət artımına yol verən şəxslər barədə qanunvericiliyə uyğun tədbirlər görülüb.


Teqlər:





Xəbər lenti