Mobil telefon bazarı təhlükədə
Dövlət Statistika Komitəsindən verilən məlumata görə, cari ilin yanvar ayında ötən ilin analoji dövrü ilə müqayisədə ölkəyə idxal edilən mobil telefonların sayı 67,35% azalıb.
Qeyd edək ki, 2014-cü ilin yanvar ayında Azərbaycana 2499 mobil telefon idxal edilib, qiymət baxımından isə bu göstərici 80,3 faiz azalıb.
Xatırladaq ki, dolların bahalaşmasından sonra yerli bazarda mobil telefonların qiyməti qalxıb. Bu isə alıcı sayının kəskin azalmasına səbəb olub.
Mobil telefon biznesi ilə məşğul olan sahibkarlar iddia edirlər ki, qiymətlərin bahalaşmasından sonra yerli bazar təhlükə qarşısında qalıb. Satış kəskin şəkildə aşağı düşüb. Bu səbəbdən ölkəyə idxal edilən məhsulların sayı ötən illə müqayisədə xeyli azalıb.
AzVision.az