Bir gündə 89 cinayət, 2 ölü

Bir gündə 89 cinayət, 2 ölü
  12 Mart 2015    Oxunub:900
Respublikanın daxili işlər orqanları tərəfindən ötən gün ərzində 89 cinayət faktı qeydə alınmış, onların da 38-i “isti izlər”lə açılıb.

AzVision.az DİN-in saytına istinadən xəbər verir ki, Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarılan 24 nəfər tutularaq istintaq orqanlarına təhvil verilib.

Respublikanın avtomobil yollarında 3 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 2 nəfər ölüb, 6 nəfər yaralanıb.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 13, qanunsuz saxlanılan silah-sursatla bağlı 2 fakt müəyyən edilib.

Cinayət törətdiklərinə görə 49 nəfər tutulub.

AzVision.az


Teqlər:





Xəbər lenti