Nazirlik “Laçın”ı cərimələdi

Nazirlik “Laçın”ı cərimələdi
  11 Mart 2015    Oxunub:1825
İqtisadiyyat və Sənaye Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən Bakı şəhəri, Pirallahı rayonunda Vəfa Abbasovaya məxsus “Laçın” marketdə aparılan yoxlama zamanı istehlakçıların qiymətdə aldadıldığı müəyyən edilib.
Nazirlikdən AzVision.az-a verilən məlumata görə, marketdə təklif olunan malların nəzarət kassa aparatının yaddaşında olan qiymətlərinin yarlığındakı qiymətlərdən artıq olmaqla istehlakçıların qiymətdə aldadıldığı aşkar olunub. Əsassız qiymət artımına yol vermiş şəxs barədə qanunvericiliyə uyğun tədbir görülüb.


Teqlər:  





Xəbər lenti