Neftin qiyməti düşdü

Neftin qiyməti düşdü
  11 Mart 2015    Oxunub:1545
Nyu-York və London birjasında neft fyuçerslərinin qiyməti ucuzlaşıb.
Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 1 barelə görə 1,71 (3,42%) dollar azalaraq 48,29 dollar təşkil edib.

ICE London qitələrarası birjasında Brent markalı neftin 1 barelinin dəyəri 2 dollar (3,2%) enərək 56,53 dollar olub.

Qeyd edək ki, bir müddət əvvəl OPEC açıqlamasında bu il neftin qiymətinin 60-70 dollar arasında olacağını bəyan etmişdi.


Teqlər:  





Xəbər lenti