Vaqif Səmədoğlu - 40 gün keçdi...

Vaqif Səmədoğlu - 40 gün keçdi...
  07 Mart 2015    Oxunub:2641
Azərbaycanın Xalq şairi Vaqif Səmədoğlunun ölümündən 40 gün ötür. Bununla əlaqədar sabah Təzə Pir məscidində şairin 40 mərasimi keçiriləcək.
AzVision.az xəbər verir ki, bu barədə məlumatı Azərbaycan Yazıçılar Birliyi yayıb.
Mərhum Vaqif Səmədoğlunun xatirəsini ailə üzvləri, dostları məzarı başında qeyd edəcək. Şairin ruhu Fəxri Xiyabanda anılacaq.

Qeyd edək ki, Xalq şairi uzun sürən xəstəlikdən sonra bu ilin yanvarın 28-də dünyasını dəyişib.

AzVision.az


Teqlər:  





Xəbər lenti