Qiymət artıran daha bir market
Nazirliyin mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, Dövlət Xidməti tərəfindən Bakı şəhəri, Suraxanı rayonu, Bazar küçəsi, mənzil 1 ünvanında Emil Məmmədova məxsus “Ballı” marketdə aparılan yoxlama zamanı satışda olan malların yarlığında göstərilən qiymətlərlə, həmin malların nəzarət kassa aparatının fiskal yaddaşında olan qiymətləri arasında fərqlərin olduğu, bununla da əsassız qiymət artımına yol verilməklə istehlakçıların qiymətdə aldadıldığı aşkar edilib.