Azərbaycan nefti bahalaşdı

Azərbaycan nefti bahalaşdı
  06 Mart 2015    Oxunub:1587
CIF bazisi üzrə İtaliyanın Augusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti martın 6-da 62,54 dollar/barel təşkil edib.
ARDNŞ-in Marketinq və İqtisadi Əməliyyatlar İdarəsindən verilən məlumata görə, neftin qiyməti ötən günə nisbətən 1,21 dollar/barel artıb.

Dünya bazarlarında isə WTI neftinin qiymətində bahalaşma qeydə alınıb. Belə ki, Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 1 barelə görə 50.90 dollar təşkil edib.

ICE London qitələrarası birjasında Brent markalı neftin 1 barelinin qiyməti isə bir gündə 1,16 dollar artaraq 60,32 dollara çatıb.


Teqlər:





Xəbər lenti