Mərkəzi Bankdan kredit açıqlaması

Mərkəzi Bankdan kredit açıqlaması
  05 Mart 2015    Oxunub:3716
Azərbaycanda kredit təşkilatlarının sənaye sektoruna verdiyi kreditlərin məbləği 2 milyard manatı ötüb.
AzVision.az Mərkəzi Banka istinadən xəbər verir ki, 2015-ci il fevralın 1-nə olan məlumata görə, sənaye və istehsal sektoruna verilən kreditlər 2 milyard 7 milyon 100 min manata çatıb. Bu da 2014-cü ilin müvafiq dövrü ilə müqayisədə 1 milyon 65,8 min manat çoxdur. Sənaye sektoruna verilən kreditlərin cəmi kreditlərdə (18 milyard 579,8 milyon manat) xüsusi çəkisi 10,8% təşkil edir.

Müvafiq olaraq, kənd təsərrüfatı və emal sahəsinə 842,5 milyon manat (cəmi kreditlərdə xüsusi çəkisi son bir ayda 0,1% azalaraq (2015-ci ilin yanvar ayının 2014-cü ilin dekabr ayı ilə müqayisədə) 4,5% təşkil edib. Kredit təşkilatlarının ticarət və xidmət sektoruna verdiyi kreditlər 2 milyard 648,3 milyon manat olub, son bir ayda isə cəmi kreditlərdə bu sektorun payı isə 0,2% azalaraq 14,3 təşkil edib. İnşaat və əmlak sektoruna 2 milyard 548,1 milyon manat kredit qoyulub, bir ayda isə cəmi kreditlərdə bu sektorun payı 0,1% azalaraq, 13,7% təşkil edib.

Nəqliyyat və rabitə sektoruna 726,5 milyon manat kredit verilib, son bir ayda cəmi kreditlərdə bu sektorun xüsusi çəkisi 0,1% azalaraq 3,9% təşkil edib. Energetika, kimya və təbii ehtiyatlar sektoruna isə 235,7 milyon manat kredit verilib. Bu sektorda isə 0,2% artım müşahidə olunub.

Ev təsərrüfatına verilən kreditlər isə yenə də kredit təşkilatları tərəfindən verilən ən prioritet sahələr olaraq qalıb. Belə ki, bu sahəyə verilən kreditlərin həcmi 7 milyard 724,1 milyon manat olub, cəmi kreditlərdə payı isə 44% təşkil edib.

Qeyd edək ki, digər sahələr kimi istehlak kreditlərinə verilən məbləğin həcmində də azalma müşahidə olunub. Belə ki, 2015-ci ilin yanvar ayını 2014-cü ilin dekabrı ilə müqayisə etdikdə 7,7 milyon manat azalmanın olduğunu görmək olar.


Teqlər:





Xəbər lenti