Qiymət artıran daha bir şirkət cəzalandırıldı

Qiymət artıran daha bir şirkət cəzalandırıldı
  05 Mart 2015    Oxunub:2458
İqtisadiyyat və Sənaye Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin keçirdiyi monitorinqlər zamanı daha bir müəssisədə əsassız qiymət artımı müşahidə olunub.
AzVision.az Nazirliyə istinadən bildirir ki, “Lactalis Caspi” MMC tərəfindən ticarət obyektlərinə satış üçün paylanan bəzi süd məhsullarının qiymətləri ilə manipulyasiya edilməklə qiymətlərin əsassız artırılması əlamətlərinin olduğu müəyyən edilib.

Bununla əlaqədar “Lactalis Caspi” barədə antiinhisar qanunvericiliyinin pozulması əlamətləri üzrə iş qaldırılıb.


Teqlər:  





Xəbər lenti