Nazirlik marketləri cəzalandırdı - Siyahı

  03 Mart 2015    Oxunub : 1925
Nazirlik marketləri cəzalandırdı - Siyahı
İstehlakçıların qiymətdə aldadılması hallarının qarşısı alınıb.
İqtisadiyyat və Sənaye Nazirliyindən AzVision.az-a verilən məlumata görə, nazirlik yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən istehlak bazarında aparılan nəzarət tədbirləri zamanı Bakı şəhəri, Sabunçu rayonu, Zabrat ŞTQ, Montin küçəsi, ev 21ünvanında "Siqma LTD" MMC-yə məxsus "Gross" marketdə istehlakçıların qiymətdə aldadılması halları aşkarlanıb.

Bununla yanaşı, Nərimanov rayonu, Ak.H.Əliyev küçəsi, ev 90A ünvanında "İntermarket" MMC-yə məxsus "Ruzi" marketdə malların yarlığında göstərilən qiymətlərlə nəzarət kassa aparatının fiskal yaddaşında olan qiymətləri arasında fərq yaratmaqla, əsassız qiymət artımına yol verildiyi, bununla da istehlakçıların qiymətdə aldadıldığı aşkar edilib.

Qanun pozuntusuna yol vermiş şəxslər barədə ciddi tədbirlər görülüb. İstehlak bazarına nəzarət tədbirləri davam etdirilir.

Teqlər: