Metroda reklam bərpa edilir

Metroda reklam bərpa edilir
  03 Mart 2015    Oxunub:2042
Bakı Metropolitenində daha bir yenilik tətbiq olunur.
AzVision.az xəbər verir ki, Metropolitenin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayevin ANS PRESS-ə verdiyi məlumata görə, metro stansiyalarında sosial reklamların yerləşdirilməsinə başlanılıb.

Onun sözlərinə görə, ilk öncə siqaretin insan səhhətinə zərərli təsirləri haqqında reklam hazırlanıb. Reklamlar hələlik metronun 4 stansiyasında vurulub.

Hələlik sosial reklamlar “İnşaatçılar”, “Gənclik”, “Neftçilər” və “Nərimanov” stansiyalarında quraşdırılıb. Yaxın günlərdə digər stansiyalarda da belə reklamlar vurulacaq. Metronun bütün stansiyalarında belə reklamlara rast gəlmək mümkün olacaq”, - deyə Nəsimi Paşayev bildirib.


Teqlər:  





Xəbər lenti