İsrail kanalı Xocalını göstərib

İsrail kanalı Xocalını göstərib
  03 Mart 2015    Oxunub:1245
İsrailin ingilis, ərəb və fransız dillərində xəbərlər yayan beynəlxalq 24-cü xəbər kanalında Xocalı soyqırımına həsr edilmiş süjet göstərilib.

Telekanalın jurnalistləri məxsusi olaraq Xocalı soyqırımının tarixi barədə veriliş hazırlamaq üçün Bakıya gəliblər. Onlar qeyd ediblər ki, keçən cümə axşamı yüz minlərlə insan Bakıdakı Xocalı meydanında toplaşaraq 23 il bundan əvvəl Azərbaycanın bu şəhərində baş vermiş kütləvi qırğının qurbanlarının xatirəsini ehtiramla yad ediblər.

Reportajda deyilir ki, ermənilər Xocalının dinc sakinlərinə vəd etmişdilər ki, əgər bu insanlar şəhəri tərk etsələr, onlara təhlükəsiz humanitar dəhliz veriləcək. Lakin Xocalının dinc sakinləri şəhəri tərk edib oradan qaçmağa başlayanda erməni silahlı qüvvələri və 366-cı motoatıcı alayın nümayəndələri Xocalının günahsız dinc sakinlərinə amansızcasına atəş açıblar. Qorxu və vahimə içində olan dinc əhali, o cümlədən qadınlar, qocalar və uşaqlar erməni silahlı dəstələri tərəfindən vəhşicəsinə qətlə yetirilib.


Teqlər:





Xəbər lenti