Milli sosial şəbəkə istifadəyə verildi

Milli sosial şəbəkə istifadəyə verildi
  24 Fevral 2015    Oxunub:2972
Azərbaycanda ilk dəfə hədiyyə qazandıran sosial şəbəkə istifadəyə verilib.
AzVision.az xəbər verir ki, MyDay.az adlanan milli sosial şəbəkə bura qoşulan şirkətlər vasitəsilə istifadəçilərinin hədiyyələr qazanmasını da təmin edir. Həmçinin myday.az vasitəsilə gənclərin bir-birilə əyləncəli dialoq qurmaq, vaxtlarını daha səmərəli və maraqlı keçirmək imkanı qazanır.
Qeyd edək ki, qonşu ölkələrin özünəməxsus sosial şəbəkələri olduğu halda Azərbaycanda hələlik belə bir sistemli sosial şəbəkə yox idi.

Mənim günüm (myday) adlı sosial şəbəkədə istənilən şəxs pulsuz qeydiyyatdan keçərək öz səhifəsini yarada, şəkillərini, musiqi və videolarını paylaşa bilər. Şəbəkədəki insanların bir-birlərinə rəy bildirmək, yaxud paylaşılan fikirləri bəyənmək (like) imkanları var. Sosial şəbəkədə müxtəlif mövzulu müsabiqə və kampaniyalara da start verilib.

Myday-in istifadəçilər üçün təşkil etdiyi kompaniyaya bir sıra şirkətlər qoşulub. Həmçinin şəbəkədən istifadə edənlər burada keçirilən kompaniyalarda hədiyyələr qazana bilər.

AzVision.az


Teqlər:  





Xəbər lenti