Universitetdə yeni ixtisaslar olacaq

 Universitetdə yeni ixtisaslar olacaq
  18 May 2013    Oxunub:1066
Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi Təhsil Nazirliyi ilə birlikdə İnformasiya Texnologiyaları Universitetinin (İTU) bu il üçün qəbul planını Tələbə Qəbulu üzrə Dövlət Komissiyasına təqdim edib.
“Azvision.az” xəbər verir ki, rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov jurnalistlərə verdiyi müsahibədə bildirib ki, universitetdə yeni ixtisaslar üzrə qəbulun təşkili nəzərdə tutulub. Bu il İTU-ya qəbul olunan tələbələr müqaviləyə əsasən Diplomatik Akademiyada ingilis dili üzrə hazırlıq kursu keçəcəklər.
Gələn ilin sentyabrında İTU tam fəaliyyətə başlayacaqdır. İTU-ya “Proqram təminatı mühəndisliyi”, “İnformasiya təhlükəsizliyi” və “Yeni tip şəbəkələr” kimi yeni ixtisaslar daxildir. İlkin mərhələdə İTU-da tədris ingilis dilində aparılacaqdır.

“AzVision.az”




Teqlər:  





Xəbər lenti