Hərbiçilərin ölümü ilə nəticələnən qəzanın səbəbi açıqlanıb

 Hərbiçilərin ölümü ilə nəticələnən qəzanın səbəbi açıqlanıb
  18 May 2013    Oxunub:1209
“Azərbaycanın şimal bölgəsində qəzaya uğrayan avtomobil hərbi maşın olmayıb”
Bu barədə APA-ya açıqlamasında Daxili Qoşunların mətbuat xidmətinin rəhbəri Təranə Məmmədova bildirib. O, qeyd edib ki, qəzaya uğrayan “RAF” markalı maşın ölən hərbçilərdən birinə məxsus olub: “Həmin maşın hərbi maşın olmayıb”.

T. Məmmədova qəzanın baş verməsinin səbəblərini də açıqlayıb: “Qəza hərbçilər işə gedən zaman baş verib. Qəzaya havanın yağmurlu olması nəticəsində yolun sürüşkənliyi və avtomobilin təkərində baş verən nasazlıq səbəb olub. Qəzaya uğrayan avtomobildə ümumilikdə 11 nəfər olub və nəticədə onlardan 4-ü dünyasını dəyişib. Digər sərnişinlər isə müxtəlif xəsarətlərlə xəstəxanaya yerləşdiriliblər”.


Teqlər:  





Xəbər lenti