Banklarda hazırda dollar neçəyədir? - SİYAHI

Banklarda hazırda dollar neçəyədir? - SİYAHI
  23 Fevral 2015    Oxunub:16841
Ötən həftə Azərbaycan manatının dollara nisbətən 33 faiz ucuzlaşması bütün diqqətləri valyuta məzənnələrinə yönəlib.

Mərkəzi Bankın İdarə Heyətinin 21 fevral 2015-ci il tarixli qərarı ilə 21 fevral 2015-ci il tarixinə 1 ABŞ dollarının rəsmi məzənnəsi 1,05 manat səviyyəsində müəyyən edilib. Lakin, valyuta dəyişmə məntəqələrində və eləcə də banklarda dolların alışı fərqli rəqəmlərlə müəyyənləşib.

AzVision.az bankların saytlarına istinadən, dolların bu günə olan məzənnəsini təqdim edir:

“Əmrah” bankda dolların alışı - 1.0300 AZN, Satışı - 1.0550 AZN

“Unibank”da dolların alışı 1.0300 AZN-dir.

`AccessBank`-da dolların alışı - 1,0550, satışı - 1,0290 AZN-dir.

“NBC” Bankda isə dolların alışı 1.04, satışı 1.0560 AZN-dir.

“Nikoil” bankda isə digər banklardan fərqli olaraq, dolların alışı – 0.90 AZN-dir.

`DəmirBank`da dolların alışı 1.0290, satışı 1.0550 AZN-dir.

`Bank Respublika` da isə dolların alışı 1.0570 AZN-dir.

Qeyd edək ki, Mərkəzi Bankın açıqlamasına görə, Azərbaycanda 1 ABŞ dollarının rəsmi məzənnəsi fevralın ayının 24-dək, yəni bu günün sonuna qədər 1,05 manat səviyyəsində qalacaq.

Sevinc İltifatqızı
AzVision.az



Teqlər:  





Xəbər lenti