DİN-dən Keşlədəki yanğınla bağlı AÇIQLAMA

DİN-dən Keşlədəki yanğınla bağlı AÇIQLAMA
  20 Fevral 2015    Oxunub:1250
Paytaxtın Nizami rayonunun Keşlə qəsəbəsində T.Cəlilova məxsus emalatxanada yanğın baş verib.
AzVision.az DİN-ə istinadən xəbər verir ki, fevralın 19-da saat 12 radələrində paytaxtın Nizami rayonunun Keşlə qəsəbəsində qəsəbə sakini Telman Cəlilova məxsus emalatxanada yanğın baş verib. Nəticədə 30 kvm. sahədə yanar konstruksiyalar və oradakı əşyalar yanıb, orada işləyənlər - Sumqayıt şəhər sakinləri Qabil Sahilov və Elşən Sahilov yanıq xəsarətləri ilə xəstəxanaya yerləşdirilib, E.Sahilov orada ölüb.

Araşdırmalar aparılır


Teqlər:





Xəbər lenti