Nuland Əli Kərimlini niyə saymadı?

Nuland Əli Kərimlini niyə saymadı?
  20 Fevral 2015    Oxunub:1876
BAXCP sədrinin müavini Niyaməddin Orduxanlı Amerika dövlət katibinin müavini Viktoriya Nulandın rəsmi səfərilə bağlı acıqlama verib. Onun sölərinə görə, Nurland rəsmi şəkildə bəyan etdi ki, ABŞ Azərbaycanda hər hansı bir inqilab etmək niyyətində deyil:

- O, dedi ki, rəngli inqilab o vaxt ola bilər ki, hökumətlə vətəndaş cəmiyyəti arasında uçurum olsun. Azərbaycanda inqilabdan söhbət gedə bilməz. Nəzərə alsaq ki, bu xanım ötən il Kiyev küçələrində `maydan`çılara öz əlilə kökə paylayırdı. Nuland yaxşı bilir ki, Azərbaycan xalqının özü inqalab etmək arzusunda deyil. Son illərdə Yaxın Şərqdə baş verən inqilablara baxın. Yüz minlərlə insan bu inqilabların qurbanı olub. Şəhərlər dağıdılıb, xarabalığa çevrilib. Ölkələrin iqtisadiyyatı çöküb. Bu ölkələrə bundan sonra özlərinə gəlmək üçün onillərə zaman lazım olacaq. Kimə lazımdır bu inqilablar?! Bütün bunlardan yalnız xalq əziyyət çəkir.

Dövlət katibinin rəsmi şəxslərlə görüşdən sonra yalnız bir neçə QHT sədri və NİDA hərəkatının üzvü ilə görüşüdüyün deyən Niyaməddin Orduxanlı bildirib ki, ABŞ Azərbaycanda fəaliyyət göstərən radikal siyasi düşərgənin təmsilçilərinə heç bir önəm vermədiyini göstərib: "Nulandla bu görüş cəmi 20 dəqiqə çəkib. Bu 20 dəqiqəlik görüşdə Əli Kərimlinin iştirakını vacıb saymayıblar. Bu da ABŞ-ın Əli Kərimliyə münasibətidir. Ola bilsin ki, ABŞ rəsmisinin onunla görüşməməsinin səbəbi ötən il Azərbaycanda keçirilən prezident seçkilərində Kərimli və digərlərinin Rusiyanın layihəsi olan Milli Şuraya dəstək verməsi olub. Onlar yaxşı bilir ki, Əli Kərimlinin keçən il Rusiyanın əli ilə hakimiyyətə gəlmək istəyirdi".



Teqlər:





Xəbər lenti