"Bank of Azerbaijan"ın 8 filialı bağlandı
14 filialdan 6-sı qalıb
Məlumata görə, bankın paytaxtdakı 7 filialından 3-cü bağlanıb və digər 4 filiala birləşdirilib. Bakıda fəaliyyətdə olan filiallardan biri də Bakı Beynəlxalq Avtovağzal Kompleksindəki filialdır ki, ona da Sumqayıt filialı birləşdirilib.
Bundan başqa, “Bank of Azerbaycan”ın regionlardakı 5 filialından 2-si də fəaliyyətini dayandırıb: “Naxçıvan, Quba və Zərdab filialları işləmir. Sonuncunu Ucar filialına birləşdirmişik, bir də Gəncədə filial saxlamışıq”.
Bütün əməliyyatları dayandırılıb
Qeyd edək ki, “Bank of Azerbaijan”1 ildən artıqdır ki, bütün bank əməliyyatlarını dayandırıb. Hazırda bankda yalnız indiyədək verilmiş kreditlərə görə ödənişlər qəbul edilir.
Əmanətlər hissə-hissə qaytarılır
“Bank of Azerbaijan”ın üzləşdiyi problemlər ən çox bankda əmanəti olanları narahat edir. Hətta bankda pulu olanlar bir neçə dəfə aksiya keçirib və Mərkəzi Banka şikayət də ediblər. İndi isə bankdan bildiriblər ki, əmanətlərin hissə hissə qaytarılmasına başlanıb. Amma bu proses sabit deyil: "Kassada pul yığıldıqca əmanətçilərin pulunu hissə-hissə qaytarırır” – deyə bankdan bildirilib.
"Martın 1-dən sonra işlər düzələcək"
Bankın baş ofisində baş verən proseslərlə bağlı məlumat açıqlanmır. Əvəzində bəzi filiallarda vəziyyətin yaxın günlərdə sabitləşəcəyini bildirirlər. Filialların birindən sayta bildirilib ki, martın 1-dən etibarən bankın fəaliyyətində canlanma olacaq.
Teqlər: