Erməni iş adamı arvadını və qızını öldürdü

Erməni iş adamı arvadını və qızını öldürdü
  15 Fevral 2015    Oxunub:2423
Fevralın 14-də Moskvanın mərkəzində yerləşən mənzillərin birində 41 yaşlı qadının və onun 7 yaşlı qızının üzərində bıçaq xəsarətləri olan meyitləri aşkarlanıb.
Qadını və uşağı qətlə yetirməkdə şübhəli bilinən ailənin başçısı erməni sahibkar saxlanılıb. APA-nın “LifeNews”-a istinadən verdiyi xəbərə görə, ilkin versiyaya əsasən, 51 yaşlı Xoren Kazaryan ailə münaqişəsi zəminində həyat yoldaşı Viktoriya Karaqulyanı və 7 yaşlı qızını qətlə yetirib.

İstintaqın ikin məlumatına əsasən, Xoren Kazaryan fevralın 13-ü axşam saatlarında yoldaşı Viktoriya Karaqulyan ilə mübahisə etdikdən sonra kart oynamağa gedib. Gecə saatlarında evə döndükdə Viktoriya qapını ona açmayıb və telefon zənglərinə də cavab verməyib.

İstintaqın versiyasına görə, Xoren Kazaryan bundan sonra yeraltı qaraja enərək gecəni avtomobilində keçirib. Hadisədən bərk qəzəblənən sahibkar səhər saatlarında dırmaşaraq evin 3-cü mərtəbəsində yerləşən eyvanına daxil olmağa müvəffəq olub və buradan liftlə evin birinci mərtəbəsinə enərək qətli törədib.

İlkin məlumata görə, Xoren Kazaryanın birinci qurbanı yoldaşı Viktoriya olub. Ağır bıçaq yarası almış qadın son anda qaçaraq evin ikinci mərtəbəsində yerləşən vanna otağında gizlənib və elə oradaca keçinib. Onun meyiti sonradan məhz burada aşkarlanıb. Daha sonra Xoren Kazaryan 7 yaşlı qızının bel nahiyəsinə bıçaqla zərbə endirərək onu qətlə yetirib. Qətlləri törətdikdən sonra Xoren Kazaryan duş qəbul edərək evi tərk edib.

Səhər saatlarında Xoren Kazaryan yoldaşının zənglərə cavab verməməsini və qapını açmamasını səbəb gətirərək “həyəcan təbili” çalıb. Hadisə yerinə gələn polis qapını qıraraq mənzilə daxil olub və dəhşətli mənzərə ilə qarşılaşıb.
Uzərində qan izləri olan bıçaq mətbəxdə qabyuyan maşında aşkarlanıb.

Bundan əvvəl ehtimal olunurdu ki, qadın qızını qətlə yetirib daha sonra isə intihar edib.


Teqlər:





Xəbər lenti