Nazir 3 rayonun polis rəisini dəyişdi

Nazir 3 rayonun polis rəisini dəyişdi
  13 Fevral 2015    Oxunub:2912
Tovuz Rayon Polis Şöbəsinin rəisi Vaqif İsmayılov tutduğu vəzifədən azad edilərək təqaüdə göndərilib.
AzVision.az anspress-ə istinadən xəbər verir ki, bununla bağlı daxili işlər naziri, general-polkovnik Ramil Usubov müvafiq əmr imzalayıb.

Nazirin digər əmri ilə Göygöl rayon Polis Şöbəsinin rəisi Şirzad Əsgərov tutduğu vəzifədən azad edilərək Tovuz Rayon Polis Şöbəsinin rəisi vəzifəsinə təyinat alıb.

Ramil Usubovun digər əmri ilə Ağsu Rayon Polis Şöbəsinin rəisi Bahadur Şükürov tutduğu vəzifədən azad edilərək Göygöl rayonuna polis rəisi təyin edilib.

AzVision.az


Teqlər:  





Xəbər lenti