"Qayınana" filminin yaradıcı heyətinin nadir fotoları

"Qayınana" filminin yaradıcı heyətinin    nadir fotoları
  13 May 2024    Oxunub:1276
Azərbaycan Dövlət Film Fondu "Qayınana" filminin yaradıcı heyətinin arxiv fotolarını təqdim edib.
AzVision.az xəbər verir ki, Azərbaycan Dövlət Film Fonduna qocaman fotoqraf, "Azərbaycanfilm" kinostudiyasının veteranı Məmməd Babayevin şəxsi arxivindən nadir fotosənədlər daxil olub.

Fotosənədlər "Qayınana" filminin yaradıcı heyətinin 1979-cu ildə Aşqabad şəhərində keçirilən Ümumittifaq Kinofestivalında iştirakını əks etdirir.

Qiymətli arxiv materiallarında filmin quruluşçu rejissoru Hüseyn Seyidzadə, aktrisalar Nəsibə Zeynalova və Tanilə Əhmərovanın nadir görüntüləri var.

AzVision.az

Qalereya




Teqlər: incəsənət   arxiv   film   aktyor  





Xəbər lenti