Avropa Oyunlarına görə layihələr martda yekunlaşacaq

Avropa Oyunlarına görə layihələr martda yekunlaşacaq
  13 Fevral 2015    Oxunub:2000
Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC-nin hazırda əsas hədəfi birinci Avropa Oyunlarına ev sahibliyi edəcək paytaxt Bakı şəhərində nəzərdə tutulan marşrutlar üzrə yol şəbəkəsini daha da yaxşılaşdırmaq, nəqliyyatın fasiləsiz və maneəsiz hərəkətini təmin etməkdir.
“Azəryolservis” ASC-dən bildiriblər ki, birinci Avropa Oyunlarının keçirilməsi ilə əlaqədar Nəqliyyat Nazirliyinin nəqliyyat-yol kompleksi üzrə Tədbirlər Planına əsasən paytaxt ərazisində bir çox layihələrin icrasına başlanılıb. Onların bəziləri artıq yekunlaşıb. Bunların sırasında Ziya Bünyadov prospektinin yenidən qurulması, Tbilisi prospektinin təmiri, Zığ dairəsi – Heydər Əliyev Beynəlxalq Aeroportu avtomobil yolundan Qala stansiyasına gedən yolun tikintisi, Zabrat–Maştağa–Buzovna avtomobil yolunun I texniki dərəcəyə uyğun yenidən qurulması, “Qələbə meydanı”nda, Heydər Əliyev prospektində, “Şəfa” stadionunun qarşısında, Ziya Bünyadov prospektində müxtəlif səviyyəli yol qovşaqlarını, Sərdar Səfərov küçəsində, Babək prospekti ilə K.Əfkari küçəsinin kəsişməsində yeraltı piyada keçidlərinin tikintisini göstərmək olar.

Hazırda Böyükşor dairəsi ərazisində yeni avtomobil yollarının, yol ötürücülərinin, tunellərin, piyada keçidlərinin tikintisi, su oyunlarının keçiriləcəyi arenaya, Stend Atıcılığı İdman Kompleksinə yeni avtomobil yolunun çəkilməsi, həmin istiqamətdən dairəvi yola çıxışın təmin edilməsi üzrə və digər ərazilərdə işlər intensiv şəkildə davam etdirilir. Oyunların keçirilməsi ilə əlaqəli işlərin mart ayının sonuna kimi başa çatdırılması nəzərdə tutulur.

AzərTac


Teqlər:





Xəbər lenti