“Əsrlərdən miras qalmış incə sənətimiz”
Layihə fevral ayının 1-dən may ayının 1-ə qədər davam edəcəkdir.
Layihənin məqsədi istedadlı gənclərin inkişafına dəstək olmaq, dekorativ-tətbiqi sənətə gənclərin və ictimaiyyətin marağını artırmaq və bu sənət üsulu vasitəsilə milli dəyərlərimizi gənclər arasında təbliğ etməkdir.
Qeyd edək ki, 3 ay davam edəcək layihədə hazırlıqlar zamanı hazırlanacaq əl işlərinin sərgisinin keçirilməsi nəzərdə tutulmuşdur. Gənclərimizə və ictimaiyyətə təqdim olunacaq “əl isləri” milli dəyərlərimizin təbliğ edilməsində, gənclərin mənəvi tərbiyəsində, xalqımıza məxsus olan dekorativ-tətbiqi sənətin görünüb və inkişaf etməsində, gələcək nəsillərə çatdırılmasında sərginin rolu olacaq.
Əlavə məlumat üçün:
Şəfiqə Əhmədova Vidadi qızı
Tel: (+99455 375 00 52)
E-mail: [email protected]
AzVision.az