Azərbaycanda bir gündə 73 cinayət

Azərbaycanda bir gündə 73 cinayət
  12 Fevral 2015    Oxunub:1109
Respublikanın daxili işlər orqanları tərəfindən ötən gün ərzində 73 cinayət faktı qeydə alınıb, onların da 26-sı “isti izlər”lə açılıb.

AzVision.az DİN-in saytına istinadən xəbər verir ki, Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarılan 14 nəfər tutularaq istintaq orqanlarına təhvil verilib.

Respublikanın avtomobil yollarında 6 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 2 nəfər ölüb, 10 nəfər yaralanıb.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 9 fakt müəyyən edilib.

Cinayət törətdiklərinə görə 31 nəfər tutulub.

AzVision.az


Teqlər:





Xəbər lenti