Bakının bir hissəsində qaz olmayacaq

Bakının bir hissəsində qaz olmayacaq
  11 Fevral 2015    Oxunub:1211
Bu gün Bakının bir neçə rayonun təbii qaz təchizatında məhdudiyyətlər olacaq.
“Azəriqaz” İB-nin İctimaiyyətlə əlaqələr şöbəsindən AzVision.az-a verilən məlumata görə, qaz sızmasının ləğvi və yeni çəkilmiş qaz kəmərinin mənbəyə birləşdirilməsi ilə əlaqədar bu gün saat 10:00-dan işlər başa çatanadək Səbail, Nəsimi və Nərimanov rayonlarının bir hissəsinə təbii qazın verilişində fasilələr yaranacaq.

AzVision.az


Teqlər:





Xəbər lenti