Məşhur bankın 100 milyardlıq fırıldağı açıldı

Məşhur bankın 100 milyardlıq fırıldağı açıldı
  10 Fevral 2015    Oxunub:7792
Dünyanın ən məşhur banklarından biri olan HSBC-nin İsveçrə bölməsinin əməkdaşları çirkli pulların yuyulması ilə məşğul olublar. Hazırda bununla bağlı böyük qalmaqal yaşanır.

Bankın əməkdaşı, indi mediada `İsveçrənin Snoudeni` adlandırılan Erve Falçiani 2008-ci ildə şirkətdən məxfi informasiyalar yazılmış 5 disk götürüb və bu informasiyanı Fransanın o zamankı maliyyə naziri Kristin Laqarda verib. Bundan başqa, informasiya `Le Monde` qəzetinin də əlinə düşüb və redaksiya onu araşdırmaq üçün ICIJ-ə (International Consortium of Investigative Journalists) ötürüb. Araşdırmanın nəticələri dünyanın bir çox məşhur media orqanlarına verilib.

Bəlli olub ki, bankın əməkdaşları müştərilərə iri həcmdə nəğd pullar verib və elə ediblər ki, onların necə xərcləndiyini izləmək mümkün olmasın. Bundan başqa, iri həcmdə əməliyyatlar vergidən gizlədilib. Açıqlanan sənədlərdən belə anlaşılır ki, 200-dən çox ölkədən olan 100 min fiziki şəxslə həyata keçirilən fırıldaqların həcmi 100 milyard dollara yaxındır.

Məlum olub ki, bankda müxtəlif ölkələrdə cinayətkar əməllərlə qazanılan böyük miqdarda pullar da saxlanılır.

Eldar
AzVision.az





Teqlər:





Xəbər lenti