İpoteka krediti alanlar azalıb

İpoteka krediti alanlar azalıb
  05 Fevral 2015    Oxunub:1874
2014-cü ildə Azərbaycanda İpoteka Fondunun xətti ilə 2415 nəfər ipoteka krediti alıb.
AzVision.az-ın məlumatına görə, bu barədə Azərbaycan Mərkəzi Bankının açıqladığı hesabatdan məlum olur. Bankın məlumatına görə, ötən il ölkə bankları ümumilikdə 97,1 milyon manat ipoteka krediti verib. 2013-cü illə müqayisədə ipoteka kreditlərinin məbləği 14% azdır. 2014-cü ildə ölkə üzrə verilən ipoteka kreditinin orta məbləği 40,2 min manat təşkil edib. AMB-nin məlumatlarına görə, ötən il ipoteka kreditləri orta hesabla 279 aylıq müddətə və illik 6,8%-lə verilib. Kreditlər üzrə orta aylıq ödəniş məbləği isə 333 manat olub.

Xatırladaq ki, 2013-cü ildə öldkədə ümumilikdə 112,9 milyon manat ipoteka krediti verilib, bir kreditin orta məbləği 39,5 min manat, kredit alanların 2850 olub. 2013-cü ildə ipoteka kreditləri orta hesabla 278 aylıq müddətə, illik 6,9%-də verilib, kreditlər üzrə aylıq ödəniş məbləği isə 320 manat təşkil edib.


Teqlər:





Xəbər lenti