Baş nazirin qalstuk qalmaqalı:`Borcu silin, sonra...`

Baş nazirin qalstuk qalmaqalı:`Borcu silin, sonra...`
  04 Fevral 2015    Oxunub:2808
Yunanıstanın yeni baş naziri Aleksis Çiprasın rəsmi görüşlərdə qalstuk taxmaması müzakirələrə səbəb olub.

AzVision.az xəbər verir ki, Avropa Parlamentinin sədri Martin Şultsun bu ölkəyə səfəri zamanı ikitərəfli görüşdən sonra Aleksis Çipras onunla keçirdiyi mətbuat konfrasında da qalstuksuz olub.

Çiprasın Avropadan gələn ilk qonağı olan M.Şultzla dialoqu da gündəmə çevrilmişdi.

“Borcumuzu silin və ortaqlarımızla razılığa gələk. Söz verirəm qalstuk taxacağam” – deyə baş nazir qonağına bildirib. Şultz isə şərtlə razılaşdığını qeyd edib.

Ötən gün isə İtaliyanın baş naziri Matteo Rensi yunanıstanlı həmkarı Çiprası öz iqamətgahında qəbul edib. Bir saat davam edən görüşdən sonra baş nazirlər mətbuat konfransı keçirib və bu zaman Rensi Çiprasa qalstuk hədiyyə edib.

Baş nazirin hətta rəsmi görüşlərə də qalstuksuz getməyinin səbəbi isə orta məktəbdə oxuduğu illərindən bəri qalstuku şablon sayması və ondan imtina edərək sistemə etiraz etməsi ilə bağlıdır.

Digər tərəfdən isə onun qalstuk geyinməməsi insanlara xalqın içindən çıxmış lider olduğu mesajını verməkdir.

Fatimə Kərimli


Teqlər:  





Xəbər lenti