SOCAR səhmlərini satışa çıxardı

SOCAR səhmlərini satışa çıxardı
  04 Fevral 2015    Oxunub:2271
Azərbaycan Dövlət Neft Şirkəti "Petkim" layihəsindəki 3,4%-lik səhm paketini satışa çıxarıb.
AzVision.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, SOCAR "Petkim"də sahib olduğu hissələrdən 34 milyon ədəd səhmi bir ədədi 4 lirədən olmaqla "BCM Global Fund" şirkətinə satacaq. Əqdin dəyəri 136 mln. lirə (57 mln. dollara yaxın) təşkil edəcək.

Səhmlərin satışı fevralın 5-də "Ünlü Menkul Değerler" şirkəti tərəfindən həyata keçiriləcək.

Qeyd edək ki, SOCAR Türkiyənin "Petkim Petrokimya Holding"in nəzarət səhm paketinin (61,32%) sahibidir.


Teqlər:





Xəbər lenti