Milli Məclisdə təklif: “Şuşanın maketi yaradılsın”

Milli Məclisdə təklif:  “Şuşanın maketi yaradılsın”
  14 May 2013    Oxunub:1280
“Əsas insanlara ürəklərdə abidə qoyulmasıdır”.
“Biz Şuşanın işğalı günündə, Zori Balayanın Şuşada rəqs etməsini, yanında orden-medallı generalların rəqsini ürək ağrısı ilə izlədik. Bunları görəndə fikirləşirsən ki, artıq fəaliyyət vaxtıdır. Onların orden və medal bizim şəhidlərin qanıdır”.

AzVision.az-ın məlumatına görə, bunu Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Rəbiyyət Aslanova Bakıda Xocalı soyqırımı ilə bağlı yeni abidə kompleksi yaradılması məsələsinə münasibət bildirərkən deyib.

O, vurğulayıb ki, təkcə muzey yaratmaqla kifayətlənmək olmaz. Güclü vətənpərvərlik strategiyası yaratmaq lazımdır:

“Bizim televiziyalara baxın, nə baş verir? Gənclərimizi yalnız rəqsə, musiqiyə, müsabiqələrə cəlb etməklə nəyə nail olacağıq? Yaxşı olardı ki, məktəbdən başlayaraq, gənclər təşkilatlarının fəaliyyətini ayrı istiqamətə yönləndirək. Bu yaxınlarda Bakıda “Mini Azərbaycan” sərgisini izlədik. Bəlkə, indi bir Şuşanın mini maketini yaradaq ki, uşaqlar gəlib o yerləri görsünlər, baxsınlar, anlasınlar ki, bu küçədən mən keçə bilərdim, bu, mənim evim idi, mən burada yaşamalıydım”-deyə millət vəkili vurğuladı.



Teqlər:  





Xəbər lenti