Xalidə Xalidin oğlu: “Ümid etməklə kifayətlənirik”

Xalidə Xalidin oğlu: “Ümid etməklə kifayətlənirik”
  14 May 2013    Oxunub:1245
“Müraciət etdiyimiz yerlərdən hər kəs bizə gözləməyi tövsiyyə edir. Gözləməkdən başqa çarəmiz qalmayıb. Yalnız ümid etməklə kifayətlənirik”.

Bunu AzVision.az-a İranda həbs olunan AMEA Ədəbiyyat İnstitutunun elmi işçisi, şəhriyarşünas, araşdırmaçı-yazar Xalidə Xalidin oğlu Xalid Məmmədli bildirib. Onun sözlərinə görə, yalnız Azərbaycanın Təbrizdəki konsulluğu ilə əlaqə saxlayıb maraqlana bilirlər.

"Anamın harada saxlandığını bilməmək bizi çox üzür, çox narahatıq. Nə edəcəyimizi bilmirik. Azərbaycanın Təbrizdəki konsulluğundan deyirlər ki, hələ danışıqlar gedir . Xarici İşlər Nazirliyimizdən də hələ ki müsbət cavab ala bilməmişik”-deyə Xalid Məmmədli bildirib.

Şahanə RƏHİMLİ


Teqlər:  





Xəbər lenti