Diabetdən ölüm halları azalıb - SƏHİYYƏ NAZİRLİYİ

Diabetdən ölüm halları azalıb - SƏHİYYƏ NAZİRLİYİ
  13 May 2013    Oxunub:1247
Respublikada ilk dəfə olaraq bütün xəstələrə özünənəzarət vasitələri pulsuz paylanılıb
Səhiyyə Nazirliyinin AzVison.az -a verdiyi məlumata görə, şəkərli diabet üzrə Tədbirlər Proqramı çərçivəsində respublikada ilk dəfə olaraq bütün xəstələrə özünənəzarət vasitələri - qlükometrlər və test sistemlər pulsuz olaraq paylanılıb və onların dərman təchizatı ilə bağlı uzun illər davam edən problem aradan qaldırılıb.

Bununla əlaqədar olaraq şəkərli diabet xəstələrinin aşkar edilməsi işi yaxşılaşıb, qeydiyyata götürülən xəstələrin sayı 2003-cü illə müqayisədə təxminən 3,6 dəfə artıb və 180 minə çatıb.

Həmçinin görülən işlərin nəticəsi kimi şəkərli diabetdən ölüm göstəricisi hər 100 min nəfərə 21,7-dən 7,5-ə enib.

AzVison.az


Teqlər:  





Xəbər lenti