Bakıda ev alan yoxdur...
- Bütün alıcı kütləsi hamısı keçib gözləmə mövqeyinə. Hamı düşünür ki, bu ildən qiymətlər aşağı düşəcək və daha ucuz qiymətə ev alacaqlar. Təbii ki, qiymətlərin düşməsində maraqlıyıq. Amma bir şərtlə ki, bu bazarda ümumi konyukturaya təsir etməsin. Tam bazar münasibətləri çərçivəsində baş versin, spekullyasiya və digər vasitələr hesabına baş verməsin. Bu sahədə fəaliyyət göstərən sahibkarlar bundan çox ciddi şəkildə əziyyət çəkirlər.
R.Osmanlı bildirib ki, son vaxtlar paytaxta söküntülərin həcmi artır: “Söküntülərin həcmi artdıqca, bazara pul axınları da artır. Bazarda söküntü prosesi davam edəcəksə, bazara pul axınlarının həcmində yenidən artım müşahidə olunacaqsa, bu qiymətlərdə də özünü göstərəcək. Ümumilikdə isə kəskin qiymət azalması gözləmirəm”.
Ekspert qeyd edib ki, daşınmaz əmlak bazarındakı proseslər neftdən hər hansı formada asılı deyil:
“2010-2011-ci illər Bakı şəhərində mənzillərin qiyməti ən kəskin azaldığı dövrü hesab olunur. Amma bunun əksinə neftin qiymətinin kəskin artdığı dövrlər idi. Bazar neftdən asılı idisə, o zaman qiymətlər niyə aşağı düşmürdü, artırdı. Ona görə də, bu məsələlərin bir-birinə bağlanmasının tərəfdarı deyiləm. Mənzil tikintisi sektoru neft sahəsində asılı deyil”.
Anar Kəlbiyev