Hava kəskin pisləşib - 40 sm qar yağıb
Nazirlikdən AzVision.az-a verilən məlumata görə, əvvəlcədən xəbər verildiyi kimi yanvarın 8-i gündüzdən 9-u səhərədək ölkə ərazisində hava şəraiti kəskin dəyişib, yağıntılı olub, sulu qar, qar yağıb, bəzi yerlərdə intensiv və güclü olub. Güclü şimal-qərb küləyi əsib.
Düşən yağıntının miqdarı Bakıda və Abşeron yarımadasında 8-11, Naxçıvan MR-da 7-10, Lənkəran-Astara zonasında 8-52, Mərkəzi Aran rayonlarında 2-21, Böyük Qafqazda 6-39 mm, Kiçik Qafqazda 11 mm-dək təşkil edib.
Qar örtüyünün hündürlüyü Lənkəran-Astara zonasında 26, Böyük Qafqazda 40, Kiçik Qafqazda 9, Naxçıvan MR-da 38, Mərkəzi Aran rayonlarında 8, Bakıda və Abşeron yarımadasında 12 sm-dək olub.
Şimal-qərb küləyi Abşeron yarımadasında və bəzi rayonlarda 18-36 m/s-dək güclənib.
AzVision.az
Teqlər: