TQDK abituriyentlərə xəbərdarlıq etdi

TQDK abituriyentlərə xəbərdarlıq etdi
  13 May 2013    Oxunub:1208
2013/2014-cü tədris ili üçün ali təhsil müəssiələrinə və tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanlarında iştirak etmək üçün internetlə ərizə qəbulu mayın 15-də başa çatır.

Göstərilən vaxta qədər abituriyentin “Elektron ərizə”si doldurmalı və mayın 17-dək mütləq təsdiq olunmalıdır. Əks halda həmin abituriyentlər qəbul imtahanlarında iştirak edə bilməyəcəklər.

Qeyd edək ki. 13 may 2013-cü il saat 10:00-a olan məlumata əsasən 86900 abituriyent internetlə “Elektron ərizə“ doldurmuş, onlardan 78616 nəfərinin ərizəsi müvafiq qaydada təsdiq olunub.


Teqlər:





Xəbər lenti